Latest Entries »

Bir ildir eyni yolla işə gedib gəlirəm. Dünənə qədər elə bilirdim ki, gözlərimi bağlasalar belə, azmaram, yıxılmaram, dəymərəm və sairə. Bu yolu əzbərlədiyimi düşünürdüm. Amma…yanıldım. Özü də elə yanıldım ki, lap xəcalətimdən utanıb yerə girmək istədim. View full article »

Реклама

Kür qırağında yaşayasan, Kürə baş çəkməyəsən — deyiləsi dərd deyil.

Çoxdandır o tərəflərə getmirdim. Səbəb isə vaxt yox, oranın abu-havası idi. Bilirdim ki, Kür çayında daha «analıq» statusu qalmayıb. Sahilin hər qarışını biznesmenlərə satıb, oraları bərbad günə qoyublar. Bu gün isə getdim. Səhər saat 8 idi. İşə baş çəkməmişdən öncə getdim Kür qırağına. Kaş ki, getməyəydim! View full article »

Panaseya — yalançı kimyagərlərdə: guya bütün xəstəlikləri sağaldan dərman.

Allah hamını xətadan, bəladan, bir də ki,  Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına düşməkdən qorusun!

View full article »

Respublika Gününü ölkəmizin Şimal — Qərb bölgəsində keçirmək qərara aldım. Ailəmi və dostlarımı «qoltuğuma vurub», üz tutdum Zaqatalaya. Bəh-bəh-bəh, a millət, oraların yaz fəslində həqiqətən də «yeri var»!!!

View full article »

Yəqin ki, məhşur skripka ustası Stradivarini tanıyan var. Bilməyənlər üçün 1-2 kəlmə onun haqqında yazmaq istərdim.

   Antonio Stradivari XVII-XVIII əsrlərdə yaşayıb yaratmış silmli alətlər ustasıdır. Onun daha məhşur işləri 1698-1725-ci illərdə işiq üzü görüb. Hazırda dünyada 600-dən artıq Stradivari aləti var.

View full article »

Sirk — bir dünyadır. Onun incəsənətdə xüsusi yeri var. Bəzən deyirlər ki, sirk yalnız uşaqlar üçündür. Amma bu belə deyil. Çünki 6 yaşında uşaq sirkin günbəzi altında məharətini göstərən akrobatın qorxmazlığını böyüklər kimi dərk etməyəcək. Bir şeyi əminliklə deyə bilərəm — sirkə ailəvi getmək olar və burada hərə özünün zövq payını alacaq.
Sonuncu dəfə sirk Mingəçevirə ötən əsrin 80-ci illərin axırında gəlib. Bugünkü kimi yadımdadır — alman sirki idi. Sevincimizdən yerə-göyə sığmırdıq. Şirlər, pələnglər, fillər, dəvələr, akrobatlar, klounlar, fokusçular böyüklü kiçikli hər bir tamaşaçının zövqünə oxşayırdı.
View full article »

A millət, biz düzələn deyilik. Elə bil, qanımızda nəsə var eee. Nə düzgün danışa bilirik, nə də ki, yazmaq. View full article »

Şənbə günü Şəkiyə getmişdim. Xarici pasport alırdım. Əlüstü qohumlarıma da baş çəkdim. Cəmi orada 3-4 saat qaldım. Hava çox mülayim idi. Şəki üçün mart ayında belə hava xas deyil. Amma sevindim, çünki soyuqdan heç də xoşum gəlmir. Biraz gəzişməyi qərara aldım. View full article »

Tüstü – «v qədimskie vremena», yaşayış məntəqələrində yaşayan ailənin, evin sayını bildirmək üçün ölçü vahidi.

A millət, bizdə qorxu qalmayıb! View full article »

A millət, yenə də Azercell-dən, yenə də onların rəsmi saytındakı «onlayn xidmətlər»indən yazacam. View full article »